Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya'' Kovaçı istefaya göndərdi - Rəsmi

''Bavariya'' Kovaçı istefaya göndərdi - Rəsmi

Tarix: 4 Noyabr 2019 00:32

"Bavariya" baş məşqçisi Niko Kovaçla yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komandanın Bundesliqanın 10-cu turunda səfərdə "Ayntraxt"a 1:5 hesabı ilə uduzmasından sonra bu qərar verilib. Münhen təmsilçisini  Çempionlar Liqasında "Olimpiakos" və Bundesliqada "Borussiya" ilə oyunlara Kovaçın köməkçisi Hans Flikin çıxaracağı bildirilib.

Qeyd edək ki,  komanda hazırda ölkə çempionatında 18 xalla 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, N.Kovaç 2018-ci ildən "Bavariya"nı çalışdırırdı.

 


Etiketlər:  Bavariya Kovaçı istefaya göndərdi Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ