Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efiopiyada oktyabrın sonunda toqquşmalarda 86 nəfər həlak olub

Efiopiyada oktyabrın sonunda toqquşmalarda 86 nəfər həlak olub

Tarix: 4 Noyabr 2019 01:24

Bakı. Trend:

Ötən ayın sonunda Efiopiyada baş verən toqquşmalarda ən azı 86 nəfər həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Efiopiyanın Baş Naziri Abiya Əhməd deyib.

A. Əhməd bildirib: "Ölənlərin 82-si kişi, 4-ü isə qadındır. Onların əksəriyyəti Oromiya və Amxara əyalətlərinin sakinləri olub. Həlak olanların arasında həm xristianlar, həm də müsəlmanlar olub. Biz irəliyə addım atarkən bizi keçmişə qaytarmaq istəyən qüvvələri durdurmalıyıq".

Daha əvvəl Efiopiya hökuməti toqquşmalarda həlak olanların sayını 78 olduğunu bildirmişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Efiopiyada oktyabrın sonunda toqquşmalarda nəfər həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ