Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orxan Pamuk məhkəməlik oldu

Orxan Pamuk məhkəməlik oldu

Tarix: 2 Noyabr 2023 10:24

Türkiyəli məşhur yazar Orxan Pamuk məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Pamuk İstanbulun Cihangir səmtində 18 mənzildən 6-sı ona məxsus olan yaşayış binasının sökülməsini istəyib. Buna səbəb sözügedən binanın qəzalı vəziyyətdə olan tikililər siyahısına daxil edilməsi olub.

Qərardan sonra Pamuk qonşularını binanın sökülməsinə razı salmağa çalışsa da, heç kim bununla razılaşmayıb. Nəticədə yazar və qonşuları məhkəməlik olub.

Məhkəmə isə qəzalı binanın əsaslı təmir edilməsi ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, Pamukun kitabları yerləşmədiyi üçün binadan 6 mənzil alıb. Tikili 50 il əvvəl inşa olunub.

Milli.Az


Etiketlər:  Orxan Pamuk məhkəməlik oldu


RƏYLƏR