Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəhşətli PROQNOZ: Türkiyəni 8 ballıq zəlzələ gözləyir!

Dəhşətli PROQNOZ: Türkiyəni 8 ballıq zəlzələ gözləyir!

Tarix: 3 Noyabr 2023 08:30

Türkiyədə Mərmərə regionunu 7,9 bal gücündə zəlzələ gözləyir. Tələfat isə fevral fəlakətindən 2-3 dəfə çox ola bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yaponiyalı mütəxəssis Yoşinori Morivaki deyib.

"Əgər torpaq süxuru pisdirsə, 2000-ci ildən sonra bina tikməyə icazənın olub-olmamasına baxmaq lazımdır. Təəssüf ki, Türkiyədə icazəsiz tikililər çoxdur", - deyə o bildirib.

Ekspert Bingöl, Karlıova, Bitlis, Muş, Mərmərə və İzmirdə güclü zəlzələlərin olacağını bildirib:

"Hər halda Türkiyə və Yaponiya eynidir, hər yerdə zəlzələ ola bilər. Zəlzələlər davam edə bilər. Biz buna hər zaman hazır olmalıyıq", - ekspert bildirib.

Milli.Az


Etiketlər:  Dəhşətli PROQNOZ Türkiyəni 8 ballıq zəlzələ gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ