Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 10:45
Müğənni Talıb Tale və Zeynəb Həsəni qazandıqları gəliri açıqlayıblar.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan "Rəngarəng səhər" proqramında qonağı olan Talıb Tale duet kliplərinin pulunu özünün verdiyini bildirib:
"Kliplərin pulunu mən verirəm. Çünki "YouTube" kanalımda yayımlanır və ordan gələn gəliri özüm götürür və Zeynəblə bölmürəm".
Aparıcı Zaur Nəbioğlu onun "YouTube"dan nə qədər qazandığını soruşsa da, ifaçı əvvəlcə qazancı deməkdən yayınıb. Daha sonra təkcə "YouTube" kanalından ümumən 50-60 min dollar gəlir əldə etdiyi açıqlanıb.