Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkardi ''Qalatasaray''ı İtaliya nəhənginə dəyişir

İkardi ''Qalatasaray''ı İtaliya nəhənginə dəyişir

Tarix: 3 Noyabr 2023 15:40

Mauro İkardi cari mövsümün sonu "Qalatasaray"dan ayrıla bilər. 

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb. İtalyanların xəbərinə görə, argentinalı ulduz "Qalatasaray"ı "Roma"ya dəyişə bilər. A Seriyası nəhəngi Romelu Lukakunu "Çelsi"dən birbaşa transfer edə bilməsə, onu İkardi ilə əvəzləməyi planlaşdırır. 30 yaşlı futbolçunun "Roma" ilə 3 illik müqaviləni imzalamağa hazır olduğu bildirilir. 

Qeyd edək ki, PSJ-dən "Cim-Bom"a transfer olunan İkardi cari mövsüm 17 oyuna çıxıb, 15 qol və 3 assistə imza atıb. O, bu yay "Qalatasaray"la 2026-ci ilin yayınadək sözləşmə bağlamışdı.

Milli.Az


Etiketlər:  İkardi Qalatasarayı İtaliya nəhənginə dəyişir


RƏYLƏR