Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqa: "Səbail" "Turan Tovuz"u məğlub edib

Premyer Liqa:

Tarix: 3 Noyabr 2023 21:38

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, açılış matçında "Səbail" "Turan Tovuz"u qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Otto Con 26-cı dəqiqədə hesabı açıb. 46-cı dəqiqədə Rüfət Abdullazadə bərabərlik qolunu vurub. 77-ci dəqiqədə "dənizçilər"dən Aleksandr Ramalinqom penaltini dəqiq yerinə yetirməklə görüşdə son nötqəni qoyub.

"Səbail" qələbə sayəsində 21-ci xalını qazanıb və lider "Zirə"yə çatıb. Bölgə təmsilçisi 15 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, XII turun digər görüşləri 4-5 noyabrda olacaq.

Milli.Az


Etiketlər:  Premyer Liqa Səbail Turan Tovuzu məğlub edib


RƏYLƏR