Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2023 22:02
UEFA Serbiya Futbol Federasiyasına cəza tətbiq edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Buna Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya - Monteneqro matçında (3:1) meydan sahibi komandanın azarkeşlərinin davranışları səbəb olub. Serbiyalı fanatlar oyunda irqçi şüarlar səsləndirib, tribunalarda iğtişaşlar törədiblər.
Bu səbəbdən UEFA Serbiya milli komandasının növbəti ev matçının azarkeşsiz keçirilməsinə qərar verib. Yerli federasiya isə 89 min 250 avro məbləğində cərimə edilib.
Monteneqro Futbol Federasiyası da azarkeşlərinin iqrçi davranışlarına, rəqib stadiona zərər vurmasına görə cəzalandırılıb. Qərara əsasən, milli komandanın növbəti səfər matçında onlara bilet satışı qadağan olunub, federasiya isə 20 min avro məbləğində cərimə edilib.