Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namaz haqda maraqlı faktlar

Namaz haqda maraqlı faktlar

Tarix: 4 Noyabr 2023 06:58

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Əz-Zariyat surəsi, 56)

İbadət Quranda bildirildiyi kimi, yaradılışımızın səbəbidir. Zahiri görünüş baxımından mahiyyəti məlum olmayan namazda Allahı zikretmə sirrinin müxtəlif dərəcələri əks olunur və namaz təqlidi namazdan həqiqi namaza, oradan da merac namazına qədər müxtəlif səviyyə fərqlərinə malik olur.

İlk olaraq namazın əsas şərti olan dəstəmazın insan orqanizminə müsbət təsirləri barədə bəzi maraqlı məqamlara nəzər salaq.

Dəstəmaz və ya qüsl vasitəsilə:

1. Orqanizmdə toplanan elektronlar kənarlaşdırılır və onun verdiyi gərginlik yox edilir.

2. Ümumi qan dövranında olan qüsurlar aradan qaldırılır və "qocalma" prosesi yavaşıyır.

3. Orqanizmin mühafizə sisteminin əsasını təşkil edən limfa dövranı ən yüksək səviyyədə fəaliyyət göstərir.
İndi isə bunları bir-bir nəzərdən keçirək.

1. Statik elektrik balansı

Sağlam orqanizmin əsas quruluşu statik elektrik balansı ilə sıx bağlıdır. Havadakı elektrikdən plastik geyimlərə və mebellərə qədər bir çox amillər orqanizmdəki statik elektrik balansını pozaraq cidd problemlərə yol açır. Avtomobildən düşəndə və ya kreslodan qalxanda bir növ canlı kondensator kimi artıq elektronlarla yüklənirsiniz. Bu hallar sizdə əsəbilikdən tutmuş üzünüzün qırışmasına qədər bir çox narahatlıqlara və bunlarla yanaşı bir çox psixomatik xəstəliklərə səbəb olur.

Bu qeyd etdiklərimizin yeganə çarəsi isə dəstəmaz və qüsldür. Bu yolla artıq elektronlardan xilas olan bir çox insanın uşaq üzü kimi təzə və nurlu simaya malik olduğunu bu gün heç kim inkar edə bilmir. Su olmayanda torpaqla alınan təyəmmüm də dəstəmazın sağlamlıq baxımından verdiyi faydanı təmin etmək üçün kifayətdir.
Bu gün dəstəmazın möcüzəvi cəhətlərindən xəbərsiz olanlar orqanizmlərindəki elektrostatik tarazlıq pozuntularını aradan qaldırmaq üçün bədənlərinin apopunktura üsülu ilə dəlik deşik edirlər.

2. Böyük qan dövranı.

Qan dövranı ürəkdən toxumalara, toxumalardan da ürəyə doğru olmaqla ikitərəfli bir axın sistemidir. Bu axın əsasən toxumalarda tükdən nazik damarlar vasitəsilə hərəkət edir. Bu nazik damar sistemi öz daxili hissəsində həzm edilməyən qida artıqları ucbatından və digər müxtəlif səbəblər üzündən daralır və toxumalar qidalana bilmir. Halbuki sağlam bir orqanizmdə həmin damarlar rezin kimi elastik olmalı və daralmamalıdır.
Bəs dəstəmaz bunu necə təmin edəcək?

Dəstəmaz və ya qüsl aldığımız zaman dərimizə dəyən müxtəlif hərarətdəki su kapilyarların bir dalğalanma nəticəsində açılıb-bağlanmasını, əgər varsa, tıxanmağa başlayan damarların açılmasını təmin edir. Orqanizmin toxumalarında toplanan artıq maddələr əsas qan dövranına keçir və beləliklə də toxumalardakı gümrahlıq orqanizmə sirayət edir.

Artıq maddə toplanması prosesi orqanizmin ən çox əl, ayaq və üz nahiyyəsindəki qan dövranlarında baş verir. Məlum olduğu kimi, dəstəmazda əllə toxunulan əsas yerlər də elə bu nahiyələrdir.

3. Limfa dövranı.

İnsan orqanizminin əsas mühafizə sistemi ağ qan (leykositlər) dövranı nəticəsində mövcuddur. Bu dövranda əsas rol oynayan kapilyarlar limfosit adlı ağ qan hüceyrələrini toxumaların ən son nöqtələrinə qədər daşıyır. Əgər orqanizmin hər hansı bir yerində mikrob, yad maddə və ya xüsusən də xərçəng hüceyrəsi varsa, bu "kiçik döyüşçülər" daşıdıqları güclü zəhərlərlə onları məhv edirlər. Xərçəng xəstəliyinə və ya mikroblu xəstəliklərə tutulmaq həmin müdafiə sisteminin müəyyən bir yerdə zəifləməsinə işarədir.

Çox istiqamətli və qarışıq sistem olan limfa dövranında kapilyarların yaxşı fəaliyyət göstərməsi əsas şərtlərdən biridir. Dəstəmaz və qüsl bu mənada ağlasığmaz bir nemət deməkdir.

Dəstəmaz zamanı əllərin yuyulması və ayaqların məsh ediləsi orqanizmin mərkəzindən uzaqda yerləşən bu nöqtələrdəki kapilyarların dövretmə sürətini artırır. Həm də limfa sisteminin ən mühüm zonaları olan üz, boğaz və burunun yuyulması bu sistemə bir masaj təsiri göstərib onu qüvvətləndirir.

Dəstəmazı əmr edən "Maidə" surəsinin 6-cı ayəsində belə buyrulur:

Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin..."
Bundan sonra ayədə təyəmmümdən bəhs edilir, son hissədə isə dəstəmazın nə üçün fərz kimi əmr olunması belə izah edilir:

"Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə şükr edəsiniz!"

Bu ayədə bildirilən "nemətini tamamlamaq (artırmaq)" ifadəsini müasir tibb hələ yenicə dərk etmətə başlayıb. Bəli, dəstəmaz almaqla bura qədər bəhs etdiyimiz tibbi möcüzələr reallaşır və Allah-Təalanın verdiyi sağlamlıq kimi nemət tamamlanır.

Qayıdaq namazın özünə. Namaz yalnız formalardan ibarət olsa da o, insana bir çox maddi və mənəvi nemətlər verir.

1. Namazın fiziki quruluşumuza təsiri

a) Göz bullurunun yığılmadan görə bildiyi, beləliklə da rahat olub dincəldiyi məsafə təxminən 1,5 metrdir. Bu məsafə isə namaz qılan insanın səcdə etdiyi yerə qədər olan məsafəyə bərabərdir. Məlum olduğu kimi, namaz qılarkən səcdə edilən yerə baxılır və beləliklə, insan özü də bilmədən onun gözünün bullurları dincəlir. Gündə 40 rükət hesabı ilə bu istirahət 1 saata bərabər olur ki, bu nemət də göz üçün böyük bir sağlamlıqdır.

b) Orqanizmin ən çox fəaliyyət göstərən yerləri oynaqlardır. Namaz qılmaqla oynaqların sərtləşməsinin qarşısı alınır, onlar sağlam və mütəhərrik olur. Namaz hərəkətlərindən başqa heç bir hərəkət orqanizm üçün bu qədər faydalı ola bilməz. Həm də namazın ibadət intizamı əsasında davam etdirilməsi oynaqlardakı bu rahatlığı bütün ömür boyu saxlayır.

c) Ürəyin fəaliyyətində və onun duyğu sistemləri ilə əlaqəsində elektromaqnetik oxlar olduqca əhəmiyyətlidir. Namaz hərəkətləri zamanı bu oxlar ən ideal xətlər üzrə düzülür. Əsasən sağlam insanların gündəlik elektromaqnetik təsirlər nəticəsində döş nahiyəsində hiss etdikləri ağrılara namaz qılanlarda demək olar ki, əsla rast gəlinmir.

2. Namazın ruhumuza təsiri.

a) Gün ərzində bircə saatlığa da olsa dünyanın dərd-sərindən xilas olub namaz vasitəsilə rahat nəfəs alırıq.

b) Namazımızı davam etdirsək, ayənin də əmr etdiyi kimi, həddi aşmaqdan və eyni zamanda bir çox günahlardan uzaqlaşıb nəfsdən və buna bağlı olan stresslərdən xilas olarıq.

c) Namaz qılanlarda istər-istəməz təvəkkül hissi inkişaf edir, beləliklə də ruhi xəstəliklərin yaranmasında mühüm rol oynayan vəsvəsələr (şübhələr) aradan qaldırılır.

3. Namazın əxlaqımıza olan təsiri.

a) Namaz qılan insan Allah-Təalanın hüzurunda oxuduğu "Fatihə" surəsində verdiyi "Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik" vədini şüuraltı surətdə inkişaf etdirərək öz əxlaqi səviyyəsini tədricən nəzərdən keçirir. Həmin bu şüuraltı analiz məsələsi insana əvvəlcə çətin gəlir, sonralar isə öz yerini tutaraq onun əxlaqi səviyyəsini yüksəldir.

b) Namazı hətta formal yerinə yetirən adamlar da səcdə etdikləri zaman öz lovğalıq və təkəbbürlərini itirmiş olurlar. Əxlaqi baxımdan ən ağır və təhlükəli xəstəlik məhz təkəbbürdür, eyni zamanda bütün mübahisələrin, nifrətin əsasında nəfsin bu zalım xəstəliyi dayanır. Namazı bir ibadət ciddiyyəti içində qılan adamların qüruru isə onlar hər dəfə səcdə edəndə mənəvi hikmətdə zənginləşir. Məsələyə hətta sırf bu baxımdan yanaşanda da bəlli olur ki, namaz əxlaqın əsasını təşkil edən təməl ibadətdir.

c) Namaz imana nəzarət edən çox ayıq sayıq bir gözətçidir. İmanda yarana bilən mənfi hallar və zəifliklər namaz qılanlarda müşahidə olunmur. Buna görə də imanın xəstəlikləri və İslam dininin əsas qadağaları olan riya və yalan xarakterimizdən çıxmağa başlayır. Beləliklə də Peyğəmbərimizin (s) "Müsəlman yalan danışmaz" hökmü reallaşır.

Aləmin yaradanını düşünməklə, dünyəvi bağlılıqlardan ayrılmaqla namaz mə'rifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur. İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir. Şair deyir:

Quşların uçuşun gördünmü? İnan,
Şəhvətdən qurtulsa ucalar insan.


Etiketlər:  Namaz haqda maraqlı faktlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ