Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Onların arasında heç bir fərq yoxdur” - Ərdoğandan CHP sədr dəyişikliyinə münasibət

“Onların arasında heç bir fərq yoxdur” - Ərdoğandan CHP sədr dəyişikliyinə münasibət

Tarix: 5 Noyabr 2023 17:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasındakı (CHP) sədr dəyişikliyinə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Dünən ana müxalifətin qurultayı keçirildi. Cənab Kamal kiminlə vidalaşdı? Qurultayda qalib gələn şəxs də terrorçuları salamlayıb. Onların arasında heç bir fərq yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gediblər", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının qurultayında yeni başqan bəlli olub. Belə ki, Özgür Özel CHP-nin yeni sədri seçilib. O, qurultayın ikinci turunda 812 səs toplayaraq rəqibi Kamal Kılıçdaroğluna qalib gəlib.

Milli.Az


Etiketlər:  Onların arasında heç bir fərq yoxdur Ərdoğandan CHP sədr dəyişikliyinə münasibət


RƏYLƏR