Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meray Kerridən 20 milyon dollar tələb edir

Meray Kerridən 20 milyon dollar tələb edir

Tarix: 5 Noyabr 2023 23:50

Kantri müğənnisi Endi Stoun amerikalı məşhur həmkarı Meray Kerrirni yenidən məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Səbəb isə Merayın 1989-cu ildə Stounun "Vince Vance the Valiants" qrupu tərəfindən buraxılmış və "All I Want for Christmas Is You" mahnısının adından istifadə etməsi olub.

Kerrinin treki isə 1994-cü ildə işıq üzü görüb. Endi sənətçidən 20 milyon dollar təzminat tələb edir.

Qeyd edək ki, sənətçinin hiti ən məşhur Milad mahnılarından biri hesab olunur. Bəstə 2022-ci ildə bayram ərəfəsində 20 milyon dəfədən çox dinlənilib.

Milli.Az


Etiketlər:  Meray Kerridən 20 milyon dollar tələb edir


RƏYLƏR