Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobil pabın terrasına çırpıldı - xeyli sayda ölən var - FOTO

Avtomobil pabın terrasına çırpıldı - xeyli sayda ölən var - FOTO

Tarix: 6 Noyabr 2023 09:06

Avstraliyanın cənub-şərqində avtomobilin pabın terrasına çırpılması nəticəsində ikisi uşaq olmaqla altı nəfər ölüb, daha beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Viktoriya ştatının polisi məlumat yayıb.

İdarədən bildirilib ki, 5 nəfər hadisə yerində, ağır bədən xəsarətləri alan 11 yaşlı qız isə daha sonra xəstəxanada dünyasını dəyişib.

"Daha 5 nəfər, o cümlədən 11 aylıq oğlan və 6 yaşlı uşaq xəstəxanadadır, onlara çoxsaylı sınıqlar və daxili orqanların zədələnməsi diaqnozu qoyulub. Zərərçəkənlərdən 35 yaşlı qadın reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir", - polis bildirib.

Qeyd olunub ki, restoranın terassına çıxan avtomobili idarə edən 66 yaşlı kişi də "yüngül xəsarətlərlə" xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, qəza noyabrın 5-də Melburndan 110 km şimal-qərbdə yerləşən Daylesfordda baş verib. Avtomobil Vinsent küçəsində yerləşən pabın terrasına çıxıb və həmin an uşaqlı ailələrin oturduğu bir neçə masaya çırpılıb. Polis daha öncə insident nəticəsində üç nəfərin öldüyünü bildirsə də, sonradan bu rəqəmə düzəliş edilib. Hadisə yerində istintaq qrupu və fövqəladə hallar xidmətinin əməkdaşları işləyir.

Milli.Az


Etiketlər:  Avtomobil pabın terrasına çırpıldı xeyli sayda ölən var FOTO


RƏYLƏR