Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klublarda çalışan dünyanın ən yaxşı baş məşqçiləri açıqlanıb

Klublarda çalışan dünyanın ən yaxşı baş məşqçiləri açıqlanıb

Tarix: 7 Noyabr 2023 13:34

"FourFourTwo" nəşri klublarda çalışan dünyanın ən yaxşı 50 baş məşqçisinin siyahısını açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, siyahıya İngiltərə çempionu "Mançester Siti"yə rəhbərlik edən Xosep Qvardiola başçılıq edir.

"Liverpul"dan Yurgen Klopp ikinci, İspaniya "Real"ından Karlo Ançelotti üçüncü olub.

"Arsenal"dan (İngiltərə) Mikel Arteta, "Bavariya"dan (Almaniya) Tomas Tuxel, "Nyukasl"dan (İngiltərə) Eddi Hau, "Barselona"dan (İspaniya) Xavi, "Brayton"dan (İngiltərə) Roberto De Dzerbi, "Aston Villa"dan (İngiltərə) Unay Emeri və "Atletiko"dan (İspaniya) Dieqo Simeone ilk "10-luğ"u tamamlayırlar.

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın "Bayer 04" klubunun "sükanı arxasında" olan Xabi Alonso 11-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Klublarda çalışan dünyanın ən yaxşı baş məşqçiləri açıqlanıb


RƏYLƏR