Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçdə erməniləri məyus edən hadisə - 22 ildən sonra...

İsveçdə erməniləri məyus edən hadisə - 22 ildən sonra...

Tarix: 8 Noyabr 2023 19:50

İsveçdə ermənilərin ən böyük dəstəkçisi kimi tanınan Byorn Söder İsveç Demokratları Partiyasının idarə heyətindən xaric edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, nüfuzlu erməni lobbiçisi bu vəzifəni düz 22 il icra edib.

Lakin son zamanlar Söderin adı bir sıra qalmaqallarda hallanıb. Xüsusilə də, ermənipərəst siyasətçi ilə partiya rəhbərliyi arasında Qürur Festivalına dair ciddi fikir ayrılıqları yaşanıb və bu səbəbdən o, partiya daxilində yüksək vəzifəsindən "istefa verməyə" məcbur qalıb.

"Mən heç vaxt geri çəkilməyə qarşı olmamışam", - deyə Söder bəyan edib.

Byorn Söder uzun müddət İsveç Demokratlarının ən yüksək zümrəsinə mənsub olub. Cimmi Okesson, Riçard Yomshof və Mattias Karlsson ilə birlikdə o, uzun illər partiyada "Dördlər dəstəsi" adlanan qrup yaradıb. Partiya parlamentə daxil olduqda, Söderə 2005-ci ildən bəri tutduğu partiya katibi vəzifəsindən əlavə fraksiya lideri rolu tapşırılıb. Ancaq cəmi bir neçə il sonra Söderin partiyadakı mövqeyi çökməyə başlayıb və proses bu günə qədər davam edir.

Qeyd edək ki, İsveç Demokratları Partiyası hazırda ölkə müxalifətinin sağ-liberal qanadını təmsil edir. Növbəti seçkilərdə partiyanın daha çox səs toplayaraq hökumətin tərkibinə daxil olacağı gözlənilir. Odur ki, belə bir şəraitdə ermənipərəst siyasətçinin onun rəhbərliyindən uzaqlaşdırılması olduqca müsbət haldır.

Xatırladaq ki, bu yaxınlarda ABŞ-də də ermənilərin əsas dəstəkçisi sayılan senator Robert Menendes Senatın Xarici Əlaqələr Komitəsi rəhbərliyindən uzaqlaşdırılıb və barəsində külli miqdarda rüşvət alma, eləcə də əcnəbi ölkələrə casusluq etmə ittihamları ilə cinayət işi başladılıb.


Etiketlər:  İsveçdə erməniləri məyus edən hadisə ildən sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ