Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Holand Messini geridə qoydu

Holand Messini geridə qoydu

Tarix: 9 Noyabr 2023 10:40

Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun matçında "Mançester Siti" İsveçrənin "Yanq Boyz" komandası üzərində 3:0 hesabı ilə böyükhesablı qələbə qazanıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, norveçli hücumçu Erlinq Holand İngiltərə çempionunun heyətində iki qola imza atıb.

"Opta"-nın hesablamasına görə, 24 yaşında artıq Çempionlar Liqasında 39 qol vuran skandinaviyalı forvard bu statistik göstəriciyə görə, argentinalı ulduz Lionel Messini geridə qoyub. Messi 24 yaşına qədər qitənin ən nüfuzlu klub turnirində 37 dəfə fərqlənib. 

Erlinq bu baxımdan PSJ-nin hücumçusu Kilian Mbappedən cəmi bir qol geridədir.

Milli.Az


Etiketlər:  Holand Messini geridə qoydu


RƏYLƏR