Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur filmlərdə stifadə olunan tarixi anqar yandı - FOTOlar

Məşhur filmlərdə stifadə olunan tarixi anqar yandı - FOTOlar

Tarix: 9 Noyabr 2023 15:25

ABŞ-də "The X-Files" ("Məxfi materiallar"), "Star Trek" ("Ulduz yolu") və "Pearl Harbor" ("Pörl Harbor") filmlərinin çəkilişləri üçün istifadə edilən nəhəng anqar yanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Kaliforniyanın (ABŞ) Orinc dairəsi yanğınsöndürmə idarəsi özünün "X" sosial şəbəkə hesabından xəbər verib.

Bildirilib ki, yanğının dinamikası və obyektin dərhal dağılma təhlükəsi ilə əlaqədar olaraq ən yaxşı hərəkət kursu kimi strukturun dağılmasına icazə verilməsi qərara alınıb. Bundan sonra xilasedicilərlər güclü yanğının söndürülməsi işlərinə başlaya biliblər.

Qeyd edək ki, İkinci dünya müharibəsi illərində bu anqarda dirijabllar saxlanılıb.

Son məlumata görə, yanğın artıq nəzarətə alınıb.

Milli.Az


Etiketlər:  Məşhur filmlərdə stifadə olunan tarixi anqar yandı FOTOlar


RƏYLƏR