Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi”nin sabiq baş məşqçisi Rumıniya klubunu aldadıb

“Neftçi”nin sabiq baş məşqçisi Rumıniya klubunu aldadıb

Tarix: 9 Noyabr 2023 16:12

"Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampf Rumıniya klubu "Universitatya Krayova"nı aldadıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis müqavilənin ləğvi üçün razılaşdırılan 300 000 avro təzminatı kluba ödəməyib.

Bunu "Universitatya Krayova"nın sahibi Mixay Rotaru açıqlayıb. O bildirib ki, mövsümün gedişində sözləşməyə təktərəfli xitam verən və Səudiyyə Ərəbistanının "Əl-Tai" klubunun "sükanı arxasına" keçən Regekampfla bağlı məhkəməyə müraciət olunub.

Qeyd edək ki, Laurentsiu Regekampf ötən mövsümün sonunda "Neftçi"dən ayrılıb.


Etiketlər:  Neftçinin sabiq baş məşqçisi Rumıniya klubunu aldadıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ