Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lavrov Qərbin Ermənistanda yürütdüyü siyasəti DEŞİFRƏ ETDİ

Lavrov Qərbin Ermənistanda yürütdüyü siyasəti DEŞİFRƏ ETDİ

Tarix: 9 Noyabr 2023 23:52

"Hazırda Ermənistanı fəal şəkildə müdafiə edən Qərb dövlətləri Rusiyaya qarşı bu respublika ilə dost olmaq istəyirlər".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya 1" telekanalının efirində bildirib.

Nazir qeyd edib ki, Moskvanın Ermənistanın xarici tərəfdaşlarına və dostlarına qarşı heç bir qərəzi yoxdur:

"Biz KTMT-nin üzvü kimi, yaxın müttəfiqimiz və strateji tərəfdaşımız kimi Ermənistanın xarici tərəfdaşlarla münasibətləri necə quracağını müəyyənləşdirməsinin tərəfdarıyıq".

Diplomat həmçinin qeyd edib ki, Rusiya Federasiyası heç vaxt heç kimə qarşı heç kimlə dost deyil.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın təhlükəsizlik sahəsində Rusiya Federasiyasından asılılığını səhv adlandırmışdı.

Milli.Az


Etiketlər:  Lavrov Qərbin Ermənistanda yürütdüyü siyasəti DEŞİFRƏ ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ