Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 11:20
"Bütün aparıcılara səslənirəm, xüsusən də səhər verilişlərinin, hansı ki, saat 10:00-da başlayır, məni oraya dəvət etməyin. Oyana bilmirəm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial media hesabında yayımladığı videomüraciətdə deyib. O, aparıcılardan onu səhər saatlarına olan proqramlara çağırmamağı xahiş edib.
"Bütün əsəblərim gedir. Səhər 6-dan oyanmalı, bütün işlərimi görməliyəm. Bir-bir kiməsə zəng edib deməyim. O veriliş mənə lazım deyil demirəm, sadəcə mənə çətindir. Səhər verilişlərini istəmirəm. Əsəbim, vaxtım, enerjim gedir. Səhər yatmaq istəyirəm. Ən gözəl vaxtdır səhər 8-10-da yatmaq. İşlərim axşam olur deyə, evə gec gəlirəm, gəlirik. Ona görə, məni səhər verilişlərinə dəvət etməyin, xahiş edirəm.
Artıq yalançı olmaqdan bezmişəm. Nə qədər bəhanə gətirmək olar, nənəm-babam öldü, hansı ki, 100 il əvvəl rəhmətə gediblər. Nə bilim, it-pişiyimiz öldü, ya kimsə. Şəxsən öz payıma deyirəm, məni dəvət etməyin" deyə, Nadir vurğulayıb.