Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən təhlükəsiz rəqəmsal mühiti “Azercell Kids” ilə yaradın

Ən təhlükəsiz rəqəmsal mühiti “Azercell Kids” ilə yaradın

Tarix: 4 Noyabr 2019 23:03

Bakı. Trend:

Ölkənin aparıcı mobil operatoru uşaqları arzuolunmaz İnternet məzmunundan qorumaq üçün daha bir rəqəmsal layihəyə başlayıb.

"Azercell Telekom"dan İnnovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslərini uğurla davam edən Azercell Telekom, dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı DOCOMO Digital ilə "Azercell Kids" (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verdi.

Səkkiz yaşa qədər olan uşaqların 98%-inin ən azı bir mobil cihaz istifadə edilən ailələrdə yaşadığını nəzərə alaraq, son 12 ay ərzində “Uşaqlar və ailə" kateqoriyalı tətbiqlərin Google Play və iOS üçün dünya miqyasında 4.4 milyard dəfədən çox yükləndiyi təəccüblü deyil. Eyni zamanda valideynlər rəqəmsal məzmuna və təhlükəsizliyə nəzarətsiz giriş ilə bağlı problemlərdən çox narahatlıq keçirməkdə davam edir. “Azercell Kids” (kids.azercell.com) xüsusilə bu cür problemləri aradan qaldırmaq və uşaqlara yaş filtrasiyası olan populyar rəqəmsal məzmunu təmin etmək üçün işlənib hazırlanmışdır.

“Azercell Kids” əlavəsinin köməyi ilə Azərbaycanda uşaqların maraq dairələrinə əsaslanan 40-dan çox yerli bə xarici brendin məhsullarından ibarət xüsusi məzmunla tanış olmaq olar. Tam valideyn nəzarətindən əlavə, “Azercell Kids” valideynlərə övladlarının keçirdikləri vaxtı izləmək üçün idarətmə paneli də təqdim edəcək. “Azercell Kids” həm İnternet üzərindən, həm də iOS və ya Android tətbiqetməsindən istifadə edilə bilər. Azercell abunəçiləri (fakturalı və fakturasız) “Azercell Kids” tətbiqinə rahat şəkildə qoşularaq yararlana bilər.

Xidməti aktiv etmək üçün abunəçi sadəcə olaraq telefon ekranında *304# YES qısa nömrəsini seçməli və Appstore yaxud Google play market-dən “Azercell Kids” əlavəsini yükləməlidirlər. “Azercell Kids” mobil tətbiqini aktivləşdirdikdən sonra müştərilər yeddi gün müddətində xidmətdən pulsuz istifadə edə bilər, sonrakı istifadə isə gündəlik olaraq 0.35AZN təşkil edir.

Azercell hər zaman kibertəhlükəsizlik və İnternetdən təhlükəsiz istifadə məsələlərinə geniş diqqət ayırmış, bu sahədə məlumatlılıq və effektivliyin artırılması məqsədi ilə "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda genişmiqyaslı təlimlərini dəstəkləməkdə davam edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.2% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.


Etiketlər:  Ən təhlükəsiz rəqəmsal mühiti Azercell Kids ilə yaradın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ