Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Binə qəbiristanlığından elə bir şey oğurlayrlar ki... - VİDEO

Binə qəbiristanlığından elə bir şey oğurlayrlar ki... - VİDEO

Tarix: 13 Noyabr 2023 10:50

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu qəbiristanlığında qəbirlərin sinə daşlarının üzərində olan bahalı mərmər güldanlar oğurlanəır. Artiq polis əməkdaşları həmin şəxs və ya şəxslərin axtarışlarına başlayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yaxınlarının məzarını ziyarətə gələnlər gözlərinə inana bilməyiblər.

Məzar daşlarının üzərində bahalı mərmərdən olan güldanlar qoparılaraq oğurlanıb.

Doğmalarını orada dəfn edənlər deyirlər ki, bir müddətdir. kimlərsə məzarlıqdakı güldanlara qənim kəsilib.

Güldanların tamah məqsədilə oğurlandığı güman edilir.

Məzarlığın nəzarətçisi Bəxtiyar Cavanşirov deyir ki, artıq məsələ ilə bağlı aidiyəti üzrə məlumat verilib.

Dəfn edilənlərin yaxınları tezliklə oğurluq edənlərin saxlanmasını istəyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Binə qəbiristanlığından elə bir şey oğurlayrlar ki VİDEO


RƏYLƏR