Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ən çox şikayət edilən sığorta şirkətləri - Renkinq

Azərbaycanda ən çox şikayət edilən sığorta şirkətləri - Renkinq

Tarix: 13 Noyabr 2023 14:24

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (2,97 indeksi ilə) olub.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının oktyabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkət -"Atəşgah Sığorta" 1.98 indeksi ilə ikinci, "Bakı Sığorta" isə 1.64 indeksi ilə siyahıda üçüncü olub.

Avto-icbari sığorta icazəsi ləğv edilən "AZSIĞORTA", "İpək Yolu Sığorta", "A-Qroup Sığorta" və lisenziyası ləğv olunmuş "Günay Sığorta" üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. "Naxçıvansığorta" üzrə indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə daxil olan şikayətlər əsasında hesablanıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:


Etiketlər:  Azərbaycanda çox şikayət edilən sığorta şirkətləri Renkinq


RƏYLƏR