Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzada itkin düşən insan sayı AÇIQLANDI

Qəzzada itkin düşən insan sayı AÇIQLANDI

Tarix: 13 Noyabr 2023 22:28

İsrail-HƏMAS müharibəsi zamanı Qəzzada 3250-dən çox insan itkin düşüb və ya dağıntılar altında qalıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda Qəzzanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bu sayın 1700-nün uşaq olduğu açıqlanıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.

Milli.Az


Etiketlər:  Qəzzada itkin düşən insan sayı AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ