Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 10:32
Bakı. Trend:
Artıq bir neçə ildir ki, Nutrisiologiya, Diyetoloiya və Piylənmənin idarə olunması Akademiyası (ANDOP) Azərbaycanda düzgün və sağlam qidalanma ideyalarının əsas aparıcısıdır. Bunu yüzlərlə adamın iştirak etdiyi treninqlər və layihələr təsdiqləyir. Bu təlim və layihələrin əsasən tibbi auditoriyaya yönəldilməsinə baxmayaraq, mərkəzdə tibbi təhsili olmayan insanların sayı da artır. Azərbaycanın uşaq bağçalarında və məktəblərində həyata keçirilən, uşaqların qidalanma sahəsində maariflənməsinə yönəlmiş sosial layihələri xüsusilə qeyd etmək lazımdır. ANDOP, Dünya Piylənmə Federasiyası (WOF) kimi nüfuzlu bir beynəlxalq təşkilatın üzvüdür və Piylənmənin Tədqiqatı üzrə Avropa Birliyinə (EASO) üzv olmağa hazırlaşır.
Bu gün ANDOP fəal kadrlar - qidalanma sahəsində mütəxəssislər hazırlayır və bununla da ölkəmizdə piylənmə və onun ağırlaşmaları kimi ciddi bir xəstəliyin yayılmasına qarşı çıxır. Üstəlik, mərkəzin təklif etdiyi təhsil proqramları daim inkişaf etməkdədir. Bu gün ANDOP rəhbəri Sevinc Zamanla bu barədə danışmaq qərarına gəldik.
Gələcəyə dair planlar, bir qayda olaraq, söhbətin sonunda soruşulur, amma bu sualı ən başında vermək istəyirəm. Bu ilin aprel ayında ANDOP tərəfindən Azərbaycan Səhiyyə Nazirliyi və Piylənmənin idarə olunması üzrə Avropa Piylənmə Dərnəyinin işçi qrupu ilə birlikdə keçirdiyi "Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar" adlı Beynəlxalq Elmi Konfrans hələ də həkimlər tərəfindən xatırlanmaqdadır. Başqa bir şey gözlənilirmi?
Beynəlxalq konfrans təcrübəmiz çox uğurlu oldu. Bu səviyyədə baş tutan ilk tədbirimiz idi. Onu komandamız və ANDOP üzvləri - kurslarımızın məzunları üçün əla motivator sayırıq. Konfransda iştirak edən həkimlərin çox faydalıməlumatlar aldıqlarını öyrəndik.
Əlbəttə ki, bununla dayanmaq fikrində deyilik. Gələn il daha bir böyük tədbir keçiriləcək, burada klinik diyetologiya, bağırsaq mikrobiotası problemlərini həll etməklə bağlı məlumatlar planlaşdırırıq. Niyə məhz bu mövzu? Bu, müasir tibbin tələbidir. Dünyada xəstə müalicəsinə yanaşma dəyişir, daha çox fərdiləşir ki, bunun da altında yatan səbəb qidalanmadır.
Bu ilin sentyabr ayından etibarən ANDOP tərəfindən təklif olunan təlim kurslarının formatına təsir edən yeniliklər qüvvəyə minmişdir! Bu barədə bizə bir çox sual gəldi - bu dəyişikliklər barədə bizə məlumat verə bilərsinizmi ?
- Əvvəlcə məqsədimiz həkimlərimizə diyetologiya və piylənmənin idarə olunması sahəsində peşəkar və hərtərəfli təhsil almağa imkan yaratmaq idi. Azərbaycanda belə bir fürsət yox idi və həkimlər bu sahədə bilik almaq üçün xaricə getməli oldurdular. Buna görə ilk təlimlərimiz yalnız tibbi auditoriyaya yönəldilirdi. Bununla birlikdə, kurslarda iştirak edənlərin sayı artdıqca, piylənmə, bağırsaq mikrobiotası, kliniki diyetologiya və xəstələrin müalicənin psixoloji aspektləri ilə əlaqəli yeni çox maraqlı layihələr hazırlamağa başladıq. Daha sonra təlimlərdə iştirak etmək üçün tbbi təhsili olmayan digər peşə sahiblərindən də istəklər almağa başladıq.
Bunun baş verəcəyini bilirdik - indi Azərbaycanda sağlam həyat tərzi meyli çox populyarlaşır. Bu günkü gündə, düzgün və sağlam qidalanma olmadan özünü təsəvvür etmək mümkün deyil. İnsanlar, peşəsindən asılı olmayaraq, düzgün qidalanma və xəstəliklərin profilaktikası haqqında ixtisaslı praktik məlumat almağa can atırlar.
Yekunda kurslarımızın səmərəliliyini qorumaq və tədrisin düzgün təşkil olunması üçün təhsil proqramlarımız 2 hissəyə ayrıldı. İndi mərkəzimizdə ayrı-ayrılıqda həkimlər üçün "Diyetologiya və Piylənmə" və qeyri-tibb ixtisası sahibləri üçün "Qidalanma və Diyetologiya" kursu keçirilir.
Kurs çərçivəsində, qeyri-tibb peşə sahibləri diyetologiya ilə bağlı əsas nəzəri və praktiki məlumatlarla təmin olunur ki, bu da bütün lazımi bilik və bacarıqları mənimsəməyə imkan verir. Kurs iştirakçılarının tibbi təhsillərinin olmadığı nəzərə alınaraq, onlara həzm proseslərinin fiziologiyasını daha yaxşı dərk etməyə, laboratoriya müayinələrinin nəticələrini müstəqil şəkildə başa düşməyə və s. imkan verən tibbdə əsas məqamlar geniş tədris olunur.
Lakin, xəstələrlə birbaşa işləyən həkimlərin daha dərin və genişləndirilmiş biliklərə ehtiyacı var. Beləliklə həkimlər üçün, diyetologiya və nutrisiologiyanin əsaslarına "Piylənmənin idarə edilməsi", "Klinik diyetologiya", "Bağırsaq mikrobiotası", eləcə də "Piylənmə müalicəsinin praktik aspektləri" kimi modullar əlavə olundu.Qeyd etdiyim kimi, dünyada xəstələrin müalicəsinə yanaşmalar dəyişir, daha fərdi olur. Hər hansı bir həkim, ixtisasından asılı olmayaraq, qidalanma sahəsində bilik və bacarıqlara sahib olmalıdır.
Bütün həkimləri kurslarımıza dəvət edirəm! Azərbaycanda diyetologiyanın inkişafı, tibbimizin və azərbaycanlı mütəxəssislərimizin inkişafıdır. Hal hazırda mərkəzimizdə yeni sistem ilə, həkimlər və qeyri-həkimlər üçün dörd qrup tədrisini almaqdadırlar.
- Kurs iştirakçıları praktik baxımdan tam olaraq nə əldə edirlər?
Həkimlər üçün bu, hər şeydən əvvəl müalicənin effektivliyini yaxşılaşdırır. Biz müxtəlif ixtisasların həkimlərini - endokrinoloqları, qastroenteroloqları, kardioloqları, pediatrları, terapevtləri və digər ixtisas sahiblərini maarifləndiririk. Diyetologiyada praktik bacarıqların fərdi peşə fəaliyyətində tətbiqi xəstələrə effektiv qulluq göstərməyə imkan verir.
Eyni zamanda həkimlər özləri və ailələrində istifadə edə biləcəkləribiliklər üçün də bizə müraciət edirlər.
Tibbi təhsilinin olmamasına baxmayaraq, insanlara məsləhət və tövsiyələri ilə kömək etmək istəyənlər çoxdur. Bunu müxtəlif yollarla edirlər - qidalanma blogunu işlətməklə və ya sağlamlıq mərkəzlərində və fitness studiyalarında sağlamlıq qidalanma məsləhətçisi olaraq çalışaraq.
Üstəlik, yalnız bir təlimlə kifayətlənməyə çalışmırıq. Biz özümüz də diyetologiya sahəsində bütün yeniliklərdən hər zaman xəbərdar olmağa çalışırıq, təlimçilərimiz daim müxtəlif beynəlxalq tədris proqramlarında və konfranslarda iştirak edirlər. Əldə etdiyimiz yenilik və məlumatları daim üzvlərimizə ötürürük.İndi bunun üçün geniş imkanlarımız var - ANDOP Ümumdünya Piylənmə Federasiyası kimi nüfuzlu beynəlxalq təşkilatın üzvüdür və Piylənmənin Tədqiqatı üzrə Avropa Birliyinə tam üzv olmaq üçün fəal işləyirik. Qazandığımız hər bir uğur Azərbaycanda Diyetologiya elminin inkişafına bir töhvədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin