Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 08:30
Fransa paytaxtı və ətraf şəhərlərin sakinlərinin demək olar ki, yarısı 2024-cü ildə Olimpiya Oyunlarının Parisdə keçirilməsini bəyənmir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, bir gün əvvəl "Odoxa" analitik şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub.
Sorğunun nəticələrinə görə, şəhər sakinlərinin təxminən 44 faizinin Paris Olimpiadasının keçirilməsinə mənfi münasibət bəslədiyi məlum olub. Parislilər Oyunları mənfi qəbul etmələrinin əsas səbəbi kimi təhlükəsizlik və nəqliyyat problemlərini göstərirlər. Parislilər qeyd edirlər ki, bu, onları müsabiqə müddətində şəhəri tərk etmək fikrinə sövq edir.