Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barbie” İngiltərə iqtisadiyyatına milyonlar qazandırıb - 6 min heyət, 685 yeni peşə...

“Barbie” İngiltərə iqtisadiyyatına milyonlar qazandırıb - 6 min heyət, 685 yeni peşə...

Tarix: 16 Noyabr 2023 07:38

Marqo Robbi və Rayan Qoslinqin baş rollarda çəkildiyi Qreta Qerviqin "Barbie" filminin iqtisadiyyata necə təsir etdiyi açıqlanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin ən çox gəlir gətirən filmi yayımlandıqdan sonra bir çox rekordlar qırıb.

Belə ki, filmin prodüseri olan "Warner Bros." şirkətinin rəsmiləri ekran işinin İngiltərə iqtisadiyyatına böyük töhfə verdiyini açıqlayıb. 6 mindən çox heyətin iştirakı olan film 685 müxtəlif peşənin yaradılmasına imkan verib. Təkcə Barbienin nəhəng "Dreamhouse"unun yaradılmasında İngiltərədə yaşayan yüzlərlə insan iştirak edib.

Bununla da film İngiltərədəki çəkilişlərdə yerli iqtisadiyyata 99 milyon dollar qazandırıb. Film İngiltərədə 117 milyon dollar, ABŞ-da  537,5 milyon dollar gəlir əldə edib.


Etiketlər:  Barbie İngiltərə iqtisadiyyatına milyonlar qazandırıb heyət yeni peşə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ