Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahramanyan 44 günlük müharibə ilə bağlı iclasda iştirak edəcək

Şahramanyan 44 günlük müharibə ilə bağlı iclasda iştirak edəcək

Tarix: 16 Noyabr 2023 18:32

Qarabağ separatçılarının sonuncu rəhbəri Samvel Şahramanyan 44 günlük müharibəni araşdıran komissiyanın iclasında iştirak edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Qeyd olunub ki, 44 günlük müharibəni araşdıran komissiya Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana iclasda iştirak üçün dəvət göndərib.

Şahramanyan sualları cavablandıracaq 2020-ci döyüşləri barədə bildiyi hər şeyi danışmağa qərar verib.

Nəşrin məlumatına görə, Şahramanyan əvvəllər komissiya sədri Andranik Koçaryanın onun haqqında nalayiq və hətta təhqiramiz ifadələr işlətdiyini nəzərə alaraq dəvəti qəbul etməmək qərarına gəlib, lakin sonradan fikrini dəyişib:

"Şahramanyan işin açılmasına əhəmiyyət verdiyi üçün 24 noyabrda istintaq komissiyası qarşısına çıxmaq və 44 günlük müharibə ilə bağlı bütün məlumatları tam təqdim etmək qərarına gəlib", - nəşr qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan komissiyanın iclasında iki dəfə iştirak edib.
 

Milli.Az


Etiketlər:  Şahramanyan 44 günlük müharibə ilə bağlı iclasda iştirak edəcək


RƏYLƏR