Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hizbullah” İsrailin 4 hərbi məntəqəsinə hücum təşkil etdi

“Hizbullah” İsrailin 4 hərbi məntəqəsinə hücum təşkil etdi

Tarix: 16 Noyabr 2023 19:42

Livandakı "Hizbullah" hərəkatı İsrailin 4 hərbi məntəqəsinə hücum təşkil edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hizbullah" yazılı açıqlama yayıb.

Açıqlamada İsrailin sərhəddəki Misqav Am, Bayda Blida, Yiftah və Metula hərbi məntəqələrinə uyğun silahlarla hücum təşkil edildiyi qeyd edilib.

Hücumda bütün nöqtələrin tam dəqiqliklə vurulduğu bildirilsə də, İsrailin itkiləri ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə "Hizbullah" arasında gedən qarşıdurmalarda 74 "Hizbullah" üzvü və 6 İsrail əsgəri həlak olub.
 


Etiketlər:  Hizbullah İsrailin hərbi məntəqəsinə hücum təşkil etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ