Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəddar qatil həbsxanadan buraxıldı – Səbəbi hər kəsi təəccübləndirir

Qəddar qatil həbsxanadan buraxıldı –  Səbəbi hər kəsi təəccübləndirir

Tarix: 16 Noyabr 2023 22:36

İtaliyada məhkəmə adam öldürməkdə təqsirli bilinərək 30 il həbs cəzasına məhkum edilmiş şəxsi azad edib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, buna səbəb kişinin çox kökəlməsi və həbsxanada pəhriz saxlaya bilməməsi olub.

İstintaqın məlumatına görə, 2017-ci ilin iyununda Bielladan olan 36 yaşlı Dimitri Frikano 28 yaşlı Erika Preti öldürüb. Sonra məzuniyyətini Sardiniyada keçirib.

Hadisəni törədən şəxs ondan məzəmmət eşitməyi sevmədiyi üçün zərərçəkənə 57 bıçaq zərbəsi vurub. Kişinin otel çarpayısına çox qırıntı qoyması qızın xoşuna gəlməyib.

2019-cu ildə Dimitri 30 il müddətinə azadlıqdan məhrum edilib. Lakin bu həftə həbsxananı tərk edib, çünki o, ağır piylənməyə malikdir və həbsxana yeməkləri onun həyatını riskə ata bilər.

Məhkəmə cinayətkarın hazırda çəkisi 200 kiloqram olduğu və buna görə normal hərəkət edə bilmədiyi üçün Turin həbsxanasını tərk edə biləcəyinə qərar verib. Yeri gəlmişkən, həbs olunan zaman onun çəkisi 120 kiloqram idi.

Hakim cəzaçəkmə müəssisəsində olmağın məhkumun qida rasionuna mane olduğu bildirilib. Bu səbəbdən italyan cəzasını Biella yaxınlığındakı qəsəbədə ev dustaqlığında çəkəcək.


Etiketlər:  Qəddar qatil həbsxanadan buraxıldı Səbəbi hər kəsi təəccübləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ