Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2023 11:46
Soçidə "Rusiya gözəli" gözəllik müsabiqəsinin finalı baş tutub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Novokuznetskdən olan 22 yaşlı Yekaterina Romanova Rusiyanın ən gözəl qızı seçilib.
O, titul sahibi kimi nüfuzlu beynəlxalq "Miss Earth" müsabiqəsinə gedəcək və orada Rusiyanı təmsil edəcək.
Müsabiqədə Romanovadan başqa ölkənin hər yerindən 52 qız iştirak edib. Birinci yer uğrunda mübarizədə onlar orijinal geyimlərdə təqdimat keçirib, istedadlarını nümayiş etdiriblər, bundan sonra münsiflər heyəti bir neçə nominasiya üzrə ən yaxşıları mükafatlandırıb.