Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan U-21 millisi Latviyaya qalib gəldi

Azərbaycan U-21 millisi Latviyaya qalib gəldi

Tarix: 17 Noyabr 2023 22:06

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Azərbaycan U-21 millisi Latviyaya qalib gəldiSamir Əliyevin baş məşqçisi olduğu komanda "Dalğa Arena"da Latviya U-21-lə qarşılaşıb. Matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 32-ci dəqiqədə Camal Cəfərov vurub.

Qeyd edək ki, Samir Əliyevin komandası Avropa çempionatının seçmə mərhələsində noyabrın 21-də Ukrayna ilə qarşılaşacaq. Oyun İspaniyanın Mursiya şəhərindəki "Nueva Kondomina" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

18:00. Azərbaycan - Latviya - 1:0

Qol: Camal Cəfərov, 32

Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Rasim Axundov, Şamil İmanzadə

"Dalğa Arena"


Etiketlər:  Azərbaycan millisi Latviyaya qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ