Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

90-cı illərin məşhur killeri AZADLIĞA ÇIXDI - FOTO

90-cı illərin məşhur killeri  AZADLIĞA ÇIXDI - FOTO

Tarix: 18 Noyabr 2023 17:26

90-cı illərin ən dəhşətli killeri "Saşa Soldat" ləqəbli Aleksandr Pustovalov azadlığa çıxıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, cəzasını ciddi rejimli koloniyada çəkən Pustovalov cümə günü, noyabrın 17-də azadlığa buraxılıb.

Qeyd olunub ki, tanınmış killer həbsdə olduğu illər ərzində çox dəyişib.

Məlumata görə, Pustovalov daha 3 il hüquq-mühafizə orqanlarının nəzarətində qalacaq və iki aydan bir polisə məlumat verəcək.

Eyni zamanda onun yaşayacağı şəhəri tərk etməsi və gecə vaxtı çölə çıxması da qadağandır.

Qeyd edək ki, "Saşa Soldat" 1999-cu ildə saxlanılıb və sübuta yetirilən 22 qətlə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Onun qurbanları arasında hüquq-mühafizə orqanlarının əməkdaşları, iş adamları və digər cinayətkar qrupların üzvləri da olub.  


Etiketlər:  illərin məşhur killeri AZADLIĞA ÇIXDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ