Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tedesko: “Azərbaycan sübut etdi ki, onlardan çəkinməliyik”

Tedesko: “Azərbaycan sübut etdi ki, onlardan çəkinməliyik”

Tarix: 18 Noyabr 2023 18:06

"Serbiya ilə matçda iştirak edən futbolçular və əsas heyət meydanda olacaq. Bu, sınaq deyil, qələbə qazanmaq istəyirik və çox vacibdir".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu futbol üzrə Belçika millisinin baş məşqçisi Domeniko Tedesko deyib.

O, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyundan öncə mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis bildirib ki, millimiz güclüdür: "Onlar yaxşı təşkilatlanıblar. Sübut etdilər ki, onlardan çəkinməliyik. Avstriyaya məğlub olmalı deyildirlər, daha yaxşı mübarizə apardılar. İsveçə isə qalib gəldilər. Bakıda qalib gəlmək bizim üçün də çətin idi".

Tedeskonun sözlərinə görə, komanda Azərbaycanla oyuna tam hazırdır: "Romelu Lukaku yaxşı formadadır. Ona bir az dincəlmək vacib idi. Əvvəlki görüşdə Serbiyaya qarşı oynamayacağı ilə bağlı onunla razılaşdım. "Roma" ilə meydanda çox olub. Bəzən istirahət etmək vacibdir. O, millidə qol sayını 100-ə çatdırmağa yaxındır. Yan Vertongen də özünü yaxşı hiss edir".

Qeyd edək ki, Belçika - Azərbaycan oyunu noyabrın 19-da Brüsseldəki "Kinq Baudouin" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Tedesko Azərbaycan sübut etdi ki onlardan çəkinməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ