Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

11 yaşlı oğlan dostunu baltalayaraq öldürdü

11 yaşlı oğlan dostunu baltalayaraq öldürdü

Tarix: 19 Noyabr 2023 17:22

Rusiyada 11 yaşlı oğlan anasını təhqir etdiyinə görə dostunu baltalayaraq öldürüb, cəsədi arabaya qoyub və çaya atıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Krasnoyarsk diyarının Açinsk şəhərində baş verib.

Yerli sakin polisə bildirib ki, 12 yaşlı oğlu evə qayıtmayıb. Axtarış təşkil edilib. Daha sonra Mazulka çayında üzərində balta zərbəsi izləri olan oğlan meyiti tapılıb.

Şübhə mərhumun ögey atası və yeniyetmənin bir gün əvvəl baş çəkdiyi 11 yaşlı sinif yoldaşının üzərinə düşüb. Tezliklə itkin düşən oğlanın dostu etiraf edib ki, o, dostunu "anasına qarşı təhqiramiz ifadələr işlətdiyi üçün" öldürüb.

Onun sözlərinə görə, aralarında münaqişə olub və bu zaman o, balta ilə qonağın baş nahiyəsindən vurub. Bundan sonra meyiti arabaya qoyaraq çaya aparıb və atıb. Şübhəlinin evindən zərərçəkənin bel çantası və digər əşyaları tapılıb və o, sosial müəssisəyə yerləşdirilib.


Etiketlər:  yaşlı oğlan dostunu baltalayaraq öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ