Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Husilərin ələ keçirdiyi gəmi hansı ölkəyə məxsusdur? - İsraildən açıqlama

Husilərin ələ keçirdiyi gəmi hansı ölkəyə məxsusdur? - İsraildən açıqlama

Tarix: 19 Noyabr 2023 19:46

Husilər tərəfindən Ədən körfəzində ələ keçirilən "Galaxy Leader" yük gəmisi İsrailə məxsus deyil.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Qırmızı dənizin cənubunda Yəmən yaxınlığında husilər tərəfindən yük gəmisinin ələ keçirilməsi çox ciddi qlobal hadisədir. Bu, Türkiyəni tərk edən və İsraillilər olmadan beynəlxalq mülki heyətlə Hindistana gedən gəmidir. Bu, İsrail gəmisi deyil", - deyə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.


Etiketlər:  Husilərin ələ keçirdiyi gəmi hansı ölkəyə məxsusdur İsraildən açıqlama


RƏYLƏR