Tarix: 5 Noyabr 2019 16:12
“Napoli”nin prezidenti Aurelio De Laurentiis komandanı cəzalandırıb.
Qol.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, klub rəhbəri son üç qarşılaşmada qalib gələ bilmədikləri üçün futbolçuların həftə sonuna qədər bazadan çıxışına qadağa qoyub.
Klub prezidenti komandanı cəzalandırmaq deyil, bir-birilərini yaxından tanımaları üçün belə qərar verdiyini deyib.
Komandanın baş məşqçisi Karlo Ançelotti isə prezidentin qərarı ilə razı olmadığını söyləyib: “Klubun verdiyi qərarla razı deyiləm. Ancaq məşqçi məşqçi olaraq qalmalıdır. Bu, klubun verdiyi qərardır”.
Qeyd edək ki, “Napoli” A Seriyasında 11 turdan sonra 18 xalla 7-ci sırada qərarlaşıb.