Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağadadaş Ağayevin gerçəkləşən arzusu: O, hansı məşhur futbolçuların toyunda oxuyub?

Ağadadaş Ağayevin gerçəkləşən arzusu: O, hansı məşhur futbolçuların toyunda oxuyub?

Tarix: 20 Noyabr 2023 11:02

Azərbaycan futbolunun əfsanələrindən sayılan Nazim Süleymanovun ailəsində xeyir iş olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Süleymanovun oğlu Tamerlan ailə həyatı qurub. Toyda Azərbaycan futbolunun ünlü isimləri iştirak ediblər. Məclisi isə Xalq artisti Ağadadaş Ağayev aparıb.

Ağadadaş Ağayev bildirib ki, Nazim Süleymanovun öz toyunu da idarə edib: "Nazimin toyunda da mən oxumuşam. Həmin vaxt dedim ki, Allah qismət edər, Nazimin oğlunun toyunda oxuyaram. Bu gün gözəl Allahımın o duamı gerçəkləşdirdiyi gündür".

Ağadadaş Ağayev bildirib ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun da toyunda özü oxuyub.

Milli.Az


Etiketlər:  Ağadadaş Ağayevin gerçəkləşən arzusu O hansı məşhur futbolçuların toyunda oxuyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ