Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mançester Yunayted”in Qrizmann arzusu

“Mançester Yunayted”in Qrizmann arzusu

Tarix: 21 Noyabr 2023 00:26

"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi franslı forvarda "Atletiko"da aldığı maaşın üçqatını təklif etməyə hazırdır.

"Qırmızı şeytanlar" təcrübəli forvard üçün yanvar ayında İspaniya klubu ilə danışıqlara başlayacaq. 

Qeyd edək ki, Antuan Qrizmann cari mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 16 rəsmi matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Milli.Az


Etiketlər:  Mançester Yunaytedin Qrizmann arzusu


RƏYLƏR