Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"dan 100 milyon avroluq transfer həmləsi

Tarix: 21 Noyabr 2023 19:18

Türkiyənin "Qalatasaray" klubu heyətinə yeni futbolçular qatmağa hazırlaşır.

Milli.Az offsideplus.az-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi qış transfer dövründə 3 məşhur adla güclənmək niyyətindədir.

Belə ki, "Cim-bom" "Tottenhem"dən Rodriqo Bentankur, "Arsenal"dan Tomas Partey və "Lester Siti"dən Vilfrid Ndidini rənglərinə bağlamaq üçün hərəkətə keçib.

Məlumata görə, GS rəhbərliyi üç oyunçu üçün 100 milyon avrosundan keçməyə hazırdır.

"Qalatasaray" adları çəkilən futbolçular üçün danışıqlara başlayıb.

Milli.Az


Etiketlər:  Qalatasaraydan 100 milyon avroluq transfer həmləsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ