Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stadionda İZDİHAM: 40-a yaxın ölən var

Stadionda İZDİHAM: 40-a yaxın ölən var

Tarix: 21 Noyabr 2023 23:02

Konqo Respublikasının paytaxtı Brazzavildə orduya çağırış tədbiri öncəsi stadionda yaranan izdiham yaşanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə hökumətin bəyanatında bildirilib.

Hadisə nəticəsində 40-a yaxın insan ölüb.

Faciə noyabrın 20-dən 21-nə keçən gecə Ornano stadionunda baş verib. Fövqəladə hallar xidmətlərinin ilkin məlumatlarına görə, 37 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Məlumata görə, stadionda orduya çağırış tədbirləri keçirilib.

Yer darlığı səbəbindən gecə saatlarında namizədlər növbəyə düzülüb və izdiham yaranıb.

Konqo Respublikası ordusuna işə qəbul müqavilə əsasında həyata keçirilir, hərbi xidmətdə qulluq etmək gənc konqolular arasında çox populyardır.

Milli.Az


Etiketlər:  Stadionda İZDİHAM 40 a yaxın ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ