Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 07:42
Fransanın baş naziri Elizabet Born parlamentdə səsvermə olmadan yeni sosial təminat büdcəsinin qəbul edildiyini açıqlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, yayım Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) saytında aparılıb.
Hökumət 18-ci dəfədir ki, konstitusiyanın Nazirlər Kabinetinə maliyyə layihələrinə baxarkən parlamentdə müzakirə edilmədən öz məsuliyyəti ilə qanunlar qəbul etməyə imkan verən 49.3-cü maddəsindən yararlanıb.
Müxalifətin hökumətə etimadsızlıq qərarını palatada səsverməyə çıxarmaqla cavab verəcəyi gözlənilir.