Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbol tarixinin ən böyük təklifinə gözlənilməz cavab verdi

Futbol tarixinin ən böyük təklifinə gözlənilməz cavab verdi

Tarix: 24 Noyabr 2023 09:58

"Liverpul"un müdafiəçisi Virgil Van Deyk üçün diqqətçəkən iddia irəli sürülüb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının hollandiyalı müdafiəçi Vircil Van Deykə təklif göndərdiyi bildirilir. "The Sun" qəzetinin xəbərinə görə, Səudiyyə komandası Van Deyk üçün illik 35 milyon avro məvacib təklif edib. 32 yaşlı ulduz futbolçunun bu təklifi qəbul etmədiyi iddia edilib. Bu, futbol tarixində indiyə qədər müdafiəçi üçün təklif edilən ən böyük məvacibdir. "Əl-Hilal" "Liverpul"la müqaviləsi 2025-ci ildə başa çatacaq təcrübəli futbolçu üçün "Liverpul"a 50 milyon avro təklif edib. Məlumata görə, buna baxmayaraq, Səudiyyə komandasının Virgil Van Deyk üçün yeni müqavilə təklifi göndərdiyi qeyd edilir.

Yeni müqavilə təklifində məvacibin daha çox olduğu qeyd edilir.32 yaşlı futbolçu bu mövsüm "Liverpul"un heyətində 11 matçda iştirak edib. Van Deyk bu matçlarda 2 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Futbol tarixinin ən böyük təklifinə gözlənilməz cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ