Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb

Tarix: 24 Noyabr 2023 18:39

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Milli.Az


Etiketlər:  Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb


RƏYLƏR