Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hazırda dünyanın lider bombardiri kimdir? - FOTO

Hazırda dünyanın lider bombardiri kimdir? - FOTO

Tarix: 25 Noyabr 2023 14:42

"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqanın 12-ci turunda "Köln"lə matçda qol vurub. 30 yaşlı ingilis matçın 20-ci dəqiqəsində hesabı açıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu, hücumçunun 2023-cü ildə "Bayern", "Tottenham" və İngiltərə üçün 49-cu qoludur. Heç bir oyunçu daha çox qol vurmayıb.

"Mançester Siti"nin hücumçuları Erlinq Haaland və "Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldonun hərəyə 48 qolu var. PSJ-dən Kilian Mbappe isə 47 xal toplayıb.

Xatırladaq ki, Almaniya çempionatının 12 turundan sonra "Bavariya" 32 xal toplayıb və hazırda birinci yerdədir. Bununla belə, 31 xalı olan "Bayer Leverkuzen"in hələ ki, 1 oyunu qalıb.

Milli.Az


Etiketlər:  Hazırda dünyanın lider bombardiri kimdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ