Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

18 yaşlı dünya çempionu Ayan Bakıda

18 yaşlı dünya çempionu Ayan Bakıda

Tarix: 26 Noyabr 2023 00:16

İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qalib olmuş Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.

Milli.Az


Etiketlər:  18 yaşlı dünya çempionu Ayan Bakıda


RƏYLƏR