Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Təhminə”ni çəkəndə infarkt keçirdi, “Ölsəm, bağışla” dedi: Milli kinomuzun yanar OCAĞI - FOTOlar

“Təhminə”ni çəkəndə infarkt keçirdi, “Ölsəm, bağışla” dedi: Milli kinomuzun yanar OCAĞI - FOTOlar

Tarix: 26 Noyabr 2023 15:06

Dünən üçün çəkmişdi o filmlərini. O filmlər ki, bu gün də sevilərək baxılır, baxıldıqca xatirilər yada düşür, bəzən də xəyalar çox uzaqlara aparır adamı. Demək, gələcəkdə sevigi ilə izlənəcək onun filmləri. 22 noyabr sevilən filmlərin rejissoru Rasim Ocaqovun doğum günüdür.

Sonxeber.net publika.az-a istinadən rejissorla bağlı maraqlı məqamları təqdim edir:

Onun ekran həyatı verdiyi kinolarda hər şey bir başqadır, tam fərqlidir. Hamımızdan bir parça var sanki o filmlərdə. Zaman-zaman "Sən niyə susursan" dediyimiz də oldu, "Ölsəm, bağışla" dediyimiz də. Gah Zaur olub elə gözəl Təhminələr sevdik, gah da Təhminə olub öz sevgimizi ürəyimizdə sakitcə gömdük. "Həm ziyarət, həm ticarət"imiz də az olmadı. Bax biz belə böyüdük. Budur "Rasim Ocaqov kinosu".

Şəkidən Bakıya, paytaxtdan Moskvaya uzanan uğur yolu

Şəkidə dünyaya göz açan Rasim Ocaqov hələ lap erkən yaşalarından fotoya böyük maraq göstərib. Həvəskar şəkillər çəksə də, arzusu geoloq olmaq idi. Bir günün içində möcüzəli kino aləmi onu necə öz sehrinə salırsa, geologiyanı kinomatoqrafiyaya dəyişir. Günlərin birində Şəkidə sənədli film çəkilişlərinə gələn qrupun iş prosesi onu çox uzaqlara, Moskvaya kimi aparıb çıxarır. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır. "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Operatorluqdan rejissorluğa

Daxilindəki zəngin yaradıcılıq ruhu operatorluqla da kifayətlənmir. Ürəyindəkiləri xəyaldan gerçəyə çevirmək, daha böyük planları reallaşdırmaq üçün 1977-də ildə M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirir. Və beləcə Azərbycan kinosu bütün dövlərin ən istedadlı rejissorlarından birini qazanır. O, yalnız film çəkməklə işini bitirmiş hesab etmirdi. Həm film çəkdi, həm də Azərbaycan kinosu üçün peşəkar kadrlar yetişdirdi. Onun kinoda kəşf etdiyi aktyor məktəbi böyük bir xəzinədir.

Milli kinomuzun həmişəyanar ocağı

"Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" kimi filmləri kino sənətimizin canlı xəzinəsidir desək yanılmarıq. Çünki hər dəfəsində eyni sevgi, eyni hiss, eyni heyranlıq və maraqla izlənilir bu ekran əsərləri.

Rasim Ocaqov həqiqətən kinomuz üçün yanar bir ocaqdır. Kimisi onun istisinə qızındı, kimisi onun alovundan özünü qorudu, kimisi də alovlanan o qığılcımlardan istifadə edərək onun yolu ilə yanmağa başladı.


Etiketlər:  Təhminəni çəkəndə infarkt keçirdi Ölsəm bağışla dedi Milli kinomuzun yanar OCAĞI FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ