Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çökən tuneldən insanları bu üsulla çıxaracaqlar - FOTO

Çökən tuneldən insanları bu üsulla çıxaracaqlar - FOTO

Tarix: 26 Noyabr 2023 15:36

Hindistanlılar Uttarkhand əyalətində təqribən iki həftədir tuneldə əsarətdə qalan 41 işçini ibtidai üsulla - əllə qazıb çıxarmalı olacaqlar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət orqanlarındakı mənbə xəbər verib.

Bildirilir ki, təxminən 60 metr uzunluğundakı dağıntını aradan qaldırmaq üçün istifadə edilən ağır qazma maşını bir gün əvvəl xarab olub. Texnika həmin yerdən çıxarılmalı, bundan sonra əllə qazma işləri aparılmalıdır.

Xilasedicilər insanları xərəklərlə çıxarmaq üçün kifayət edəcək qədər genişlikdə tunel qazmağı planlaşdırırlar.

Bununla yanaşı, ikinci plan kimi, təpənin yuxarı hissəsindən şaquli qazma işləri həyata keçirilir.

Xatırladaq ki, noyabrın 12-də ərazidə tunel qazıntısı zamanı torpaq sürüşməsi baş verib və fəhlələr orada əsarətdə qalıblar. Səlahiyyətlilərin dediyinə görə, işçilər təhlükəsizlikdədirlər, işıq, oksigen, qida, su və dərman əldə edə bilirlər.

Tunelin hansı səbəbdən çökməsi açıqlanmayıb. Bölgə sürüşmə, zəlzələ və daşqınlara meyillidir.


Etiketlər:  Çökən tuneldən insanları üsulla çıxaracaqlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ