Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yod çatışmazlığının əsas əlamətləri açıqlandı

Yod çatışmazlığının əsas əlamətləri açıqlandı

Tarix: 28 Noyabr 2023 05:45

Rusiyalı həkim-kardioloq Anna Çuqunnikova yod çatışmazlığının əsas əlamətlərini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, orqanizmdə yod çatışmazlığının əsas göstəricilərindən biri zobun əmələ gəlməsi - qalxanabənzər vəzinin böyüməsidir.

"Əksər hallarda yüngül və orta dərəcəli yod çatışmazlığı şəraitində patoloji zob görünməz şəkildə əmələ gəlir və kiçik ölçülü olur. Şiddətli yod çatışmazlığı şəraitində isə zob nəhəng ölçülərə çata bilər, udma və tənəffüs çətinliyi, boyun nahiyəsində narahatlıq, səsdə dəyişiklik ilə müşayiət oluna bilər", - həkim qeyd edib.

Onun sözlərinə görə, uzunmüddətli yod çatışmazlığı tiroid hormonlarının istehsalının pozulması nəticəsində yaranan patologiyaların inkişafına gətirib çıxarır və sinir sisteminin funksiyalarının azalması, daimi yorğunluq hissi, yuxulu olma, yaddaşın, performansın və diqqətin azalması ilə nəticələnir.

Yod çatışmazlığı həmçinin zülalların, yağların və karbohidratların mübadiləsinin pozulmasına, ürək-damar sisteminin fəaliyyətinin pozulmasına (ürək döyüntülərinin artması və ya ləngiməsi, ürəyin işində fasilələrə, qan təzyiqinin dəyişməsinə, təngnəfəsliyə), reproduktiv disfunksiya, o cümlədən menstrual pozuntulara və hətta sonsuzluğa səbəb olur.

Həkim izah edib ki, hamilə qadınlar üçün yod səviyyəsinə nəzarət etmək xüsusilə vacibdir, çünki bu, təkcə onun sağlamlığına deyil, həm də gələcək uşağın inkişafına təsir göstərir.

Milli.Az


Etiketlər:  Yod çatışmazlığının əsas əlamətləri açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR