Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO)

Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO)

Tarix: 6 Noyabr 2019 13:21

Bakı. Trend:

Ölkədə nağdsız cəmiyyətin qurulması istiqamətində icrası nəzərdə tutulan tədbirlər kompleks xarakter daşıyır.

Trend-in məlumatına görə, bunu IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, bu tədbirlər vergi sisteminin optimallaşdırılması, zəruri infrastrukturun qurulması, maliyyə savadlılığının artırılması kimi tədbirlərdən başlamış icbari tibbi sığortanın tətbiqi dairəsinin genişləndirilməsi kimi geniş spektrli sahələri əhatə edir:

"Nağdsız cəmiyyətin qurulması istiqamətində görülmüş tədbirlərə, örnək olaraq, özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün azaldılması, sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizədək endirilməsi, mikro sahibkarlıq subyekti olan şəxslərin gəlirlərinin (mənfəətinin) 75 faizinin gəlir (mənfəət) vergisindən azad edilməsi, qanunvericiliklə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarlıq subyektlərinin ödədikləri dividendlərin vergilərdən azad edilməsi, mühasibat uçotunun elektron formada aparılmasının stimullaşdırılması, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin 7 il müddətinə güzəştli şərtlərlə tutulması üçün müvafiq qanuna dəyişiklikləri, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihələrinin hazırlanmasını qeyd edə bilərik. Rəsmi məlumatlara əsasən, bu gün ölkədə hər 10 min nəfərə təqribən 7 min 200 ödəniş kartı, 2,5 bankomat, 65 POS-terminal düşür, pensiyalar, təqaüdlər, sosial müavinətlər, büdcə təşkilatlarında və özəl sektorda fəaliyyət göstərən müəssisələrdə əməkhaqları kart vasitəsilə verilir. Mövcud statistikalar da artıq müvafiq istiqamətdə müsbət nəticələrin olduğunu, həmçinin əhalidə nağdsız istehlak vərdişlərinin yarandığını deməyə əsas verir. Xüsusilə də qeyd edək ki, debet və kredit kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2019-cu ilin avqust ayının göstəricilərinə əsasən 2016-cı illə müqayisədə əməliyyatların sayı parametrləri üzrə 1,7 dəfə (26%-dən 44%-dək), əməliyyatların həcmi göstəriciləri üzrə isə 2 dəfə ( 9,2%-dən 19,9%-dək) artıb. Bütün bu tədbirlər nəticəsində iqtisadi dövriyyənin şəffaflaşması, "kölgə” iqtisadiyyatının məhdudlaşdırılması, vergi bazasının genişlənməsi, əhalinin və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının artması, bank sektorunun investisiya imkanlarının artırılmasına nail olunacaqdır. Strateji yol xəritələrində rəqəmsallaşmanın birbaşa və dolayı iqtisadi təsirləri hesablanıb. Rəqəmsal ödənişlərin geniş tətbiqi ölkədə “kölgə” iqtisadiyyatının həcmini əhəmiyyətli dərəcədə azaltmaqla, ödəmələrin uçotunun aparılmasına, iqtisadiyyatda yaranan əlavə dəyərin tam şəkildə rəsmiləşdirilməsinə və vergi daxilolmalarının artmasına zəmin yaradır. Bu prioritetin həyata keçirilməsi ticarət əməliyyatları və hesablaşmalarda, ümumiyyətlə, maliyyə sistemində şəffaflığın daha da artırılmasını şərtləndirəcək ki, bununla da 2020-ci ildə real ÜDM-in 40 milyon manat birbaşa, 15 milyon manat dolayı olmaqla, ümumilikdə, 55 milyon manat artacağı proqnozlaşdırılır. Tənzimləmə mexanizminin nəzərdən keçirilməsi və müvafiq dəyişikliklərin edilməsi hesabına rəqəmsallaşma maliyyə-bank sektorunda effektivliyin artırılmasına səbəb olacaqdır. Bu da 2020-ci ildə real ÜDM-ə, 120 milyon manat birbaşa və 15 milyon manat dolayı olmaqla, 135 milyon manat həcmində töhfə verəcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO) Mərkəz rəsmisi: Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb (FOTO)


Etiketlər:  Mərkəz rəsmisi Dövlət proqramının icrası nəticəsində nağdsız dövriyyənin xüsusi çəkisi artıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ