Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 21:10
"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda "Olimpiakos"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 4:0. Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 3:0 hesabı ilə məğlub olan "qırmızı-qaralar" mübarizəni dayandırıb.
Qeyd edək ki, "Qəbələ" I təsnifat mərhələsində Macarıstanın "Puşkaş Akademiya" klubunu üstələyib - 1:1, 1:0.